Mazandaran əyalətinin Baş Ədliyyə İdarəsi Babolsər şəhərində İranın Ekspertlər (Xebreqan) Məclisinin üzvü olmuş ayətullah Abbasəli Süleymanini öldürən şəxsin edam edildiyini açıqlayıb.
Məlumata görə, İranın Ali Məhkəməsi noyabrın 15-də onun edam hökmünü təsdiqləyib.
Xatırladaq ki, Ekspertlər Məclisinin üzvü Abbasəli Süleymani aprelin 26-da İran Mərkəzi Bankının Babolsər şəhərində yerləşən filialında olarkən avtomat silahdan açılan atəş nəticəsində öldürülmüşdü.