“Report”un məlumatına görə, Nizami kinoteatrının qarşısında dava zamanı 2003-cü il təvəllüdlü Kənan Raci oğlu Qasımov və 2006-cı il təvəllüdlü Səid Eldar oğlu Orucov bıçaqlanıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı K. Qasımova sol bud, S.Orucova isə sağ sarğı nahiyəsindən kəsilmiş-deyilmiş bıçaq yarası diaqnozu qoyulub.