Berlin aeroportunda onlarla reys proqram təminatının nasazlığına görə gecikir

24-12-2023, 00:08           
Berlin aeroportunda onlarla reys proqram təminatının nasazlığına görə gecikir
Villi Brandt adına Berlin-Brandenburq Beynəlxalq Hava Limanında (BER) proqram təminatı nasazlığı səbəbindən onlarla reys gecikir.

“Report” xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazıb.

Nəşrin məlumatına görə, Milad bayramına bir gün qalmış onlarla təyyarə havaya qalxmağı gözləyir. Sərnişinlərə məlumat verilib ki, Berlin hava limanında proqram təminatında nasazlıq olub. Bir çox səyahətçi qar yağdığından baqajlarını təyyarəyə yerləşdirə bilməyib.

Qeyd edək ki, şənbə günü Berlində əlverişsiz hava şəraiti müşahidə olunur. Səhər saatlarından yağan yağış bəzi hallarda sulu qara keçir. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.