Sumqayıtda yaşlı qadını avtomobil vuraraq öldürüb

25-12-2023, 08:10           
Sumqayıtda yaşlı qadını avtomobil vuraraq öldürüb
Sumqayıtda 66 yaşlı piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə “Saray körpüsü” adlanan ərazidə qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Alidə Allahverdi qızı Dəmirovanı maşın vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.