Taksi sürücüsü göyərçin vurduğuna görə həbs edildi

27-12-2023, 12:04           
Taksi sürücüsü göyərçin vurduğuna görə həbs edildi
Taksi sürücüsü göyərçin sürüsünü vurduğuna görə həbs edilib.

Avtosfer.az xəbər verir ki, hadisə Yaponiyanın Tokio şəhərində qeydə alınıb.

Belə ki, 50 yaşlı Atsushi Ozawa taksi sürərkən qarşıda işıqforun yanında göyərçin sürüsünün olduğunu görüb. Quşların yolda dayanmasına qəzəblənən sürücü işıq yaşıl yanan zaman qaza basaraq saatda 60 kilometr sürətlə göyərçin sürüsünə çırpılıb. Nəticədə quşlardan birini əzib. Mühərrikin kəskin səsi yoldan keçən bir nəfərin diqqətini çəkib. Həmin şəxs polisə müraciət edib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cansız göyərçin aşkar ediblər. Göyərçinin ölüm səbəbinin travmatik şok olduğu müəyyən edilib. Polis, Ozawanın "ov üçün heyvan növü olmayan adi göyərçinlərə qarşı maşından silah kimi istifadə etməkdə" günahkar olduğu qənaətinə gəlib. Sürücü “vəhşi təbiətin mühafizəsi” qanununu pozduğuna görə həbs edilib.

Məhəbbət Tərlanoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.