Rusiyada sursatların zərərsizləşdirilməsi üçün 600 sakin təxliyə edilib
4-01-2024, 08:14
Rusiyanın Belqorod şəhərində aşkar edilmiş sursatdan 500 m radiusda yerləşən 323 fərdi evdən 600-ə yaxın insan təxliyə edilib.
Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirib.
"Hazırda Müdafiə Nazirliyinin ekspertləri onun zərərsizləşdirilməsi ilə bağlı qərar qəbul edirlər. Əməliyyat qərargahı 500 m radiusda 323 fərdi yaşayış evinin təxliyyə edilməsi barədə qərar qəbul edib. İlkin məlumatlara görə, bu, təxminən 600 nəfərdir", - o yazıb.
İnsanlara müvəqqəti yaşayış mərkəzlərində yerlər təklif olunub.
Ulitka mikrorayonunda daha iki döyüş sursatı tapılıb. Hadisə yeri mühasirəyə alınıb.