Almaniyada xəstəxanada dəhşətli yanğın: Ölənlər və yaralananlar var (VİDEO)

5-01-2024, 18:18           
Almaniyada xəstəxanada dəhşətli yanğın: Ölənlər və yaralananlar var (VİDEO)
Aşağı Saksoniyanın Uelzen şəhərində xəstəxanada baş verən yanğın nəticəsində 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Tagesschau" məlumat yayıb.

Yanğın cümə axşamı axşam üçüncü mərtəbədə baş verib, sonra bir neçə palataya keçib. Xilasedicilər otaqda güclü tüstülənmə səbəbindən çoxlu sayda insanı pilləkənlər vasitəsilə təxliyə ediblər.
Yanğın nəticəsində 3 xəstə yerindəcə, 4-cü xəstə isə sonradan xəstəxanada dünyasını dəyişib.

Bir neçə nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, ümumilikdə iyirmiyə yaxın yanıq və zəhərli tüstünün qurbanı olub.
Ətraflı
Ad - 00:51

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın nəzarət altına alınsa da, binanın zədələnmiş qanadı istifadəyə yararsız hala düşüb. Orada yerləşdirilən 50-yə yaxın xəstə başqa xəstəxanalara köçürüləcək.

Yanğın nəticəsində bir milyon avrodan artıq ziyan dəyib.

Polis yanğının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.