"Səhhətim normaldır, heç bir problem yoxdur" - deputat 6-01-2024, 19:35 Səhhəti ilə bağlı ildə 1 dəfə Türkiyədə müalicə alan millət vəkili Vahid Əhmədov Musavat.com-a açıqlama verib.Millət vəkili özünü yaxşı hiss etdiyini bildirib:“Səhhətim normaldır, heç bir problem yoxdur. Sabah Azərbaycana qayıdacam. Gələn həftədən isə seçicilərimi qəbul edəcəm, insanlarla görüşəcəm”.Vahid Əhmədov medianı onun səhhəti ilə bağlı düzgün olmayan məlumatlar yaymamağa çağırır. Facebook-da paylaş