Ukrayna Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu bombalayıb

7-01-2024, 11:39           
 Ukrayna Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu bombalayıb
Ukrayna Silahlı Qüvvələri Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmiryolunu dağıdıb.

“Report” xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko teleqramda yazıb.

O bildirib ki, Ukrayna ordusu Qranitnoye kəndi ərazisinə məqsədyönlü və dəqiq zərbələr endirib.

Məlumata görə, ərazidəki yanacaq çənləri də hədəf alınıb.

Qeyd edək ki, Ukrayna son günlər Krım yarımadasına müntəzəm zərbələr endirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.