Perinatal Mərkəzdə yanğın: 100-dən çox şəxs təxliyə edildi
9-01-2024, 09:05
Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsi zamanı 100-dən çox şəxs təxliyə olunub.
Oxu.Az-ın məlumatına görə, yanğınla bağlı xəstələrin vəziyyətlərində heç bir ağırlaşma yoxdur.
Hazırda yenidoğulmuşlar, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər beş tibb müəssisəsinə təxliyə prosesi davam edir.