Ermənistan ordusunun daha bir hərbçisi öldürülüb

10-01-2024, 08:43           
Ermənistan ordusunun daha bir hərbçisi öldürülüb
Ermənistan Müdafiə Nazirliyinin mövqelərindən birində zabit meyiti aşkarlanıb. “Report” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Yanvarın 9-da saat 11:30-da Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində baş leytenant Mikael Samveloviç Danielyanın güllə yarası ilə meyiti aşkar edilib”, - xəbərdə deyilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, gün ərzində qeydə alınan ikinci analoji hadisədir. Bu gün günorta yayılan məlumata görə, müddətli hərbi qulluqçu öldürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.