17 yaşlı oğlan qonşu ailənin 4 üzvünü öldürməkdə ittiham olunur
12-01-2024, 20:13
ABŞ-nin Kaliforniya ştatında qonşu ailədən 4 nəfəri öldürməkdə təqsirləndirilən 17 yaşlı gəncin həbsinin davam etdirilməsi qərara alınıb.
Kaliforniya ştatının Fresno şəhərində yetkinlik yaşına çatmayanlar üzrə məhkəməsində hakim qarşısına çıxan müttəhim R.İ., (şərti ad) ona qarşı irəli sürülən ittihamları rədd edib.
Hakim tərəfindən həbs-qətimkan tədbirinin davam etdirilməsi ilə bağlı qərar çıxarılan R.İ.-nin 4 qətldə təqsirli bilinəcəyi təqdirdə 25 yaşına qədər islah müəssisəsində saxlanacağı gözlənilir.
Prokurorlar müttəhimin yetkinlik yaşına çatmış kimi mühakimə olunmasını tələb edirlər, bu halda şərti azadlığa buraxılmadan ömürlük həbs cəzası ala bilər.
Polis öldürülən 4 nəfərdən 3-nün cəsədinin qurbanların evlərinin arxasındakı bağda, digərinin isə R.İ.-nin evinin qarajında basdırıldığını açıqlayıb. Mənbə: azxeber.com