Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə PUA hücumu edib.
Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlarla hücumundan sonra Qrayvoronski rayonunda bir mülki vətəndaş yaralanıb. Bundan əlavə hücum zamanı 3 avtomobilə ziyan dəyib.