İsrail Livanda təxliyə xəbərdarlığı yayıb

Bu gün, 16:34           
İsrail Livanda təxliyə xəbərdarlığı yayıb
İsrail hərbçiləri cümə axşamı Livanın cənubundakı 20-dən çox şəhər və kəndin sakinlərinə təcili olaraq xəbərdarlıq edib ki, İsrail Hizbullaha qarşı quru kampaniyasını davam etdirdiyi üçün dərhal evlərini boşaltsınlar və zərərdən xilas olmaq üçün şimala doğru hərəkət etsinlər.

X sosial media platformasındakı hesabında IDF ərəb sözçüsü polkovnik-leytenant Aviçay Adraee sakinlərə "həyatlarınızı xilas etmək" üçün Avali çayının şimalına köçməyi tövsiyə edib. O, cənuba doğru hər hansı bir hərəkətin onları təhlükəyə atacağını bildirib.

İsrail ordusu Livanın cənubunda fəaliyyət göstərən hərbçilərə aid video yayımlayıb. Ordunun 6-cı briqadası hazırda Livanın cənubundadır və “Hizbullah terror təşkilatının terror infrastrukturunun qarşısını almaq və məhv etmək üçün məqsədyönlü reydlər keçirir”, ordunun bəyanatda deyilir.

İsrail ordusu həmçinin bildirib ki, İsrail qırıcıları çərşənbə günü endirdikləri zərbədə Hizbullah komandiri Xader Əl-Şəhəbiyyəni öldürüb. Açıqlamada Xaderin iyul ayında İsrailin işğalı altında olan Qolan təpələrindəki Məcdəl Şəmsdə futbol meydançasına dəyən və 12 uşağın ölümünə səbəb olan raket hücumuna görə məsuliyyət daşıdığı bildirilir.

Livanın səhiyyə rəsmiləri cümə axşamı İsrailin hava hücumu nəticəsində Beyrutda yaşayış binasında azı 6 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.