"Şimal axını"nı partladanların kimliyi müəyyən edilib

1-12-2024, 16:04           
"Şimal axını"nı partladanların kimliyi müəyyən edilib
Almaniya Baş Prokurorluğu "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərində baş verən partlayışlarla bağlı istintaq üzrə iki şübhəlini müəyyən edib.

Oxu.Az xəbər verir ki, bunu Almaniyanın baş prokuroru Yens Rommel "Der Spiegel" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hələ çox işlər görülməlidir.

"Digər iştirakçıların şəxsiyyəti, cinayətin motivi və xüsusən də dövlətin əməliyyatda mümkün iştirakı məsələsi davam edən təhqiqatın predmetidir", - Almaniyanın baş prokuroru vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru