Samvel Karapetyanın rəhbəri olduğu müəssisədə və qohumunun evində axtarış aparılır

Bu gün, 10:39           
Samvel Karapetyanın rəhbəri olduğu müəssisədə və qohumunun evində axtarış aparılır
Ermənistanın hüquq-mühafizə orqanları hazırda həbsdə olan Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin baş ofisinə daxil olublar.

Bu barədə TASS agentliyinə şirkətin mətbuat katibi Natalya Sarcanyan məlumat verib.

"Səhər tezdən burada axtarış aparılır. Bizi binaya buraxmırlar", - deyə o bildirib.

Eyni zamanda, hüquq-mühafizə orqanları səhər saatlarında "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin Direktorlar Şurasının sədri Narek Karapetyanın evinə daxil olublar.

Qeyd edək ki, Narek Karapetyan həbs olunmuş rusiyalı iş adamı Samvel Karapetyanın qardaşı oğludur. Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdiriləcəyini qeyd etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.