Naftalanda sanatoriyada ölüm: Özbəkistan vətəndaşının meyiti aşkarlandı Bu gün, 09:11 Naftalanda sanatoriyada istirahət edən şəxs ölü tapılıb.Oxu.Az xəbər verir ki, 1988-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Z.Kafarovun meyiti sanatoriya otaqlarından birində aşkarlanıb.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İlkin ehtimallara görə, onun ölümünə ürəktutması səbəb olub.Məlumata görə, Z.Kafarov Naftalana istirahət məqsədilə gedibmiş. Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş