SON DƏQİQƏ: Prezidentin iclasında ürəyi gedən icra başçısı DANIŞDI: "Qardaşım rəhmətə ..."

30-01-2017, 17:01           

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyev halının qəfil pisləşməsindən danışıb.

O, Unikal.org-a deyib ki, tədbir zamanı böyük qardaşının ölüm xəbərini eşidib və buna görə, halı xarab olub: "Böyük qardaşım İbrahim Abıyevi itirdim. Halım pisləşdi, özümü itirdim. Hazırda mərasim yerindəyəm, özümü yaxşı hiss etmirəm".

Xatırladaq ki, bu barədə xəbəri bakipost.az saytı yayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.