"Azəriqaz"dan vətəndaşlara müəmmalı xəbərdarlıq - "Bundandamı pul çıxarmaq istəyirlər?"

18-04-2017, 12:34           
"Azəriqaz"dan vətəndaşlara müəmmalı xəbərdarlıq - "Bundandamı pul çıxarmaq istəyirlər?"
Redaksiyamıza müraciət edən vətəndaşlar "Azəriqaz"dan müəmmalı xəbərdarlıq aldıqlarını söyləyirlər. DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bu bildirişi hamıya paylayıblar. Bunlar nə düşünürlər? Milləti dolayıblar? "Azəriqaz" rəhbərliyində savadı çatan varmı görəsən?

Təbii qaz alırıqsa, "smart-kart"ımız varsa, deməli, müqaviləmiz də var. Hansı müqavilə bağlanmasından söhbət gedir? Bundandamı pul çıxarmaq istəyirlər? Niyə camaatda əlavə narazılıq yaradırlar?"

Dia.az bildirir ki, əhaliyə "Azəriqaz" adından aşağıdakı formada xəbərdarlıqlar paylanıb.

Onu da qeyd edək ki, cəhdlərimizə baxmayaraq "Azəriqaz"dan kimsə bizimlə bu barədə danışmaq istəmədi. Müşahidələr isə belə deməyə əsas yaradır ki, "Azəriqaz"ın möhtərəm rəhbərliyi "yeni icadı" ilə yeni qazanc yeri əldə etmək fikrinə düşüb.

Yenə də qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan edirik. Mövzu diqqətimizdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru