Bakıda rəis müavini xidməti maşınında dünyasını dəyişdi

18-04-2017, 13:18           

Bakıda polis rəisinin müavini xidməti avtomobildə dünyasını dəyişib.

Report-un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbin rəis müavini, polis polkovniki Cənnət Şeydayev xidməti avtomobildə hərəkətdə olarkən qəfil halı pisləşib. Göstərilən tibbi yardımlara baxmayaraq C.Şeydayev vəfat edib.

İlkin ehtimala görə, mərhum ürəktutmadan dünyasını dəyişib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru