Biləsuvar rayonu ərazisində, saat 01:27-də zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, zəlzələnin maqnitudası 3,4 bal, dərinliyi 24 kilometr olub. Zəlzələ hiss olunmayıb.