Fransa prezidenti Parisdəki atışmanı terror aktı adlandırıb
21-04-2017, 08:16
Fransa prezidenti Fransua Olland cümə axşamı Parisdə baş verən silahlı insidenti terror aktı adlandırıb. "Report" xəbər verir ki, o, polis əməkdaşlarına qarşı silahlı hücumun terror xarakterli olduğunu bildirib. Silahlı insident nəticəsində iki polis ölüb. Hücum edən şəxs zərərsizləşdirilib.