Bakıda avtomobil ustası müştərisinin maşını qaçırıb qəza törətdi

8-07-2015, 11:34           
Bakıda avtomobil ustası müştərisinin maşını qaçırıb qəza törətdi
Bakıda yol qəzası qeydə alınıb. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Nazim Xanməmməd oğlu Göyçəyev 15-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ona məxsus “Mercedes” markalı, 90-MF-549 dövlət nömrə nişanlı maşını avtomobil təmiri sexində Səid adlı ustaya təmir üçün verib. Səid həmin avtomobili qeyri-qanuni idarə edərkən Kürdəxanı qəsəbəsində Bakı şəhər sakini, Nərminə Namiq qızı Muradovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə “Hyundai”-nin sürücüsünün bacısı Gülsüm Namiq qızı Muradova xəsarət alıb. Hazırda polis ərizə üzrə araşdırma aparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.