Qarabağda gizlənən rus milyarder: "Siz həqiqəti biləcəksiniz"
8-07-2015, 12:26
Ailəsi ilə birlikdə Qarabağa köçən rusiyalı milyarder Qerman Sterliqov bazar ertəsi mətbuat konfransı təşkil edəcəyinə dair söz verib. AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə milyoner özü `Vkontakte` səhifəsində yazıb.
`Bu gün dağlardan düşdüm, internetə daxil olduq və təəccübləndim. Bazar günü mətbuat konfransı keçirəcəyəm. Konfrans Dağlıq Qarabağ – Şuşada, günorta, Kazançeçoç küçəsində keçiriləcək. Akkreditasiya üçün telefon nömrəsi: +37497178343. Əziz jurnalistlər, siz həqiqəti biləcəksiniz”, - deyə milyoner yazıb. Qeyd edək ki, daha əvvəl biznesmenin vəkili `Kommerstant` qəzetinə müsahibəsində Qerman Strelkovun ailəsi ilə birlikdə Dağlıq Qarabağa getdiyini bildirib.