Daşkəsəndə marixuana satmaq istəyən müəllim saxlanılıb

23-06-2017, 08:54           
Daşkəsəndə marixuana satmaq istəyən müəllim saxlanılıb
Daşkəsəndə narkotik vasitə olan marixuana satmaq istəyən musiqi müəllimi saxlanılıb. Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 1967-ci il təvəllüdlü rayon sakini Fikrət Bəhramov evinin yaxınlığında saxlanılıb. Onun üzərinə baxış zamanı cibindən bir kibrit qutusu və 4 bükümdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. F. Bəhrəmov marixuananı şəxsi istifadəsi üçün yolun kənarından yığdığını qeyd edib. Aparılmış əməliyyat tədbirləri zamanı məlum olub ki, F. Bəhərmov marixuananı həmyerlisi Daşqın Əliyeva satmaq istəyib.

F. Bəhrəmov rayonda olan musiqi məktəbində qarmon müəllimi işləyir.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru