Goranboyun Dəliməmmədli kəndində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, yolu keçmək istəyən Yevlax rayon sakini, 1975-ci il təvəllüdlü Aqil Hümbətovu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.