Yerli vaxtla saat 23:35:31-də Lənkərandan 17 km şimal-qərbdə zəlzələ qeydə alınıb. "Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Zəlzələnin maqnitudası 3,5 kilometr, dərinliyi 16 kilometr olub.