"Gicliyim tutdu, maşınları yandırdım" - Avtomobillərin qənimi saxlanıldı - VİDEO

11-07-2015, 15:22           
"Gicliyim tutdu, maşınları yandırdım" - Avtomobillərin qənimi saxlanıldı - VİDEO
Xəbər verildiyi kimi, bir neçə gün öncə Bakıda avtomobilləri qəsdən yandıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 3-də Qaraçuxur qəsəbəsində Malik Əliyevə, Nazirə İzzətullayevaya, İradə Kərimovaya və “Socar Cape” şirkətinə məxsus avtomobilləri qəsdən yandıran Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Fuad Xuduşov tutulub.

Tufeyli həyat sürdüyünü deyən Xuduşov, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb.

Fuad Xuduşov - saxlanılan şəxs: "Elə bil şeytan aldatdı məni. Gicliyim tutdu, yandırdım maşınları. Yerdən kağız götürüb, alışqanla yandırıb, atdım maşının təkərinin altına. Oradan 200 metr aralaşandan sonra, gördüm ki, bir dənə də maşın var, onu da yandırdım. 100 metr aralıda da bir maşını da yandırdım, getdim evə".

Saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq davam etdirilir (Region TV).













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.