Azərbaycan əsgərləri Ermənistanda qaz xəttini partlatdı - ŞOK
16-07-2015, 23:11
Azərbaycan ordusunun bölmələri iyulun 8-də axşam Ermənistanın Tavuş rayonunun Çinari kəndi yaxınlığındakı əraziləri atəşə tutublar. Atəş nəticəsində bu ərazidən keçən qaz kəməri partlayıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Çinari kənd icmasının rəhbəri Samvel Sadoyan yerli mətbuata açıqlamasında deyib ki, partlayış nəticəsində yerli sakinlərdən xəsarət alan olmayıb, qaz verilişini isə tezliklə bərpa etmək mümkün olub.
“İyulun 8-də axşam saat təxminən 18:00-da Çinari kəndinin qaz xətti partladı. Ayın 0-da səhər saat 5-də qaz verilişini bərpa edə bildik. Son günlər sakitlikdir. Atışma yoxdur” - deyə S.Sadoyan bildirib.