Daha bir qazimiz nakam həyatdan getdi
19-09-2015, 20:57
Ağır vəziyyətdə olan 1 ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimov vəfat edib. Bu barədə QAZİLER.AZ saytına Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.
Onu da qeyd edək ki, F.Rəhimovun dərisinin çürüməsi nəticəsində deşilib çıxan yan çanaq sümüyü kəsilərək götürülmüşdü. Əməliyyat uğurla həyata keçirmişdi.
Xatırladaq ki, bir müddət əvvəl F.Rəhimov ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilmişdi. Onun yaşaması üçün ümid az olsa da, həkimlərin səyi sayəsində kirtik vəziyyətdən çıxarılmışdı.
Həkimlərin müzakirəsindən sonra Respublika Travmatologiya Xəstəxanasından Professor Çingiz Əlizadə dəvət edilmişdi. Elə Respublika Klinik Xəstəxanasında müalicə edilib, əməliyyat olunmuşdu.
Qeyd edək ki, F.Rəhimov 1992-ci ilin yayında - 18 yaşında - Ağdamın Abdal-Gülabıl kəndi istiqamətində gedən döyüşlərdə aldığı çoxsaylı qəlpə yarası ilə ömürlük yataq xəstəsinə çevrilmişdi.
Fəxrəddin Rəhimov sabah doğulub böyüdüyü və qoruduğu Ağdam rayonunda - Quzanli qəsəbəsində dəfn ediləcək. Allah rəhmət eləsin.