Mehdiabadda gənc oğlan yol kənarında bıçaqlanıb

7-08-2018, 07:27           
Mehdiabadda gənc oğlan yol kənarında bıçaqlanıb
Abşeron rayonunun Mehdiabad qəsəbəsində dava zamanı 1 nəfər xəsarət alıb.

"Report"un xəbərinə görə, 1991-ci il təvəllüdlü Xanbabayev Coşqun Nazir oğlu Digah qəsəbəsinə gedən yolda tanışı ilə hələlik bilinməyən səbəblərdən mübahisə edib.

Adı və soyadı açıqlanmayan şəxs C.Xanbabayevin döş qəfəsinə bir bıçaq zərbəsi vurub. C.Xanbabayev ağır xəsarət aldığından çoxlu qan itirib.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) həkimləri yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Yaralı cərrahi əməliyyat olunub.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Abşeron Rayon Polis İdarəsi əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin cinayət əməlindən sonra ərazini tərk etdiyini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru