Gəncədə ata və qızını öldürən şəxs tutuldu

18-08-2018, 11:30           
Gəncədə ata və qızını öldürən şəxs tutuldu
Gəncədə həyat yoldaşını və qayınatasını qətlə yetirən şəxs tutulub.
AzVision.az-ın məlumatına görə, cinayəti törədən 1990-cı il təvəllüdlü Məsim Məmmədov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsəndə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 28 yaşlı M. Məmmədov 62 yaşlı qayınatası Əkbərov Namiq Rəcəb oğlunu və 1991-ci il təvəllüdlü həyat yoldaşı Əkbərova İlahə Namiq qızını odlu silahdan atəş açaraq qətlə yetirib. Hadisə zamanı onun qayınanası Əkbərova Arzu Zəfər qızı xəsarət alıb.

Qanlı olay şəhərin Bağmanlar küçəsində qeydə alınıb. İlkin məlumata görə, M.Məmmədovla İ.Əkbərova boşanma ərəfəsində olublar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.