Azərbaycanda vəkil barədə məhkəməyə müraciət edildi

28-11-2019, 10:29           
Azərbaycanda vəkil barədə məhkəməyə müraciət edildi
Qanunları pozan vəkilin fəaliyyəti dayandırılıb və barəsində məhkəməyə müraciət edilib.


Femida.az -ın məlumatına görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin dünən keçirilən iclasında vətəndaşdan daxil olmuş şikayətə əsasən vəkil Şəhla Hümbətova haqda yol verdiyi qanun pozuntusuna görə məhkəməyə müraciət edilib.

Məlumata görə, vəkil məhkəməyə saxta sübut təqdim etdiyinə və Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə ödəmədiyinə görə vəkillik fəaliyyəti dayandırılıb.

Onun Kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.