"Apple"ın ən məşhur dizayneri şirkəti tərk edib

29-11-2019, 05:44           
"Apple"ın ən məşhur dizayneri şirkəti tərk edib
"Apple", "Mac", "iPod" və "iPhone" cihazlarının xarici görünüşlərinin yaradılmalarında iştirak edən ən məşhur dizayner Coni Ayv artıq korporasiya üçün işləmir.

Trend-in məlumatına görə, bunu Coni Ayv özünün "LveFrom" adlı proektində bildirib. Dizayner bu gedişi karyerasının təbii inkişafı hesab edir.

Altı ay sonra, "Apple", rəhbərlik haqqında məlumat verən səhifədə Ayvın tərcümeyi-halını silsədə, 26 noyabr dizayner şırkətin səhifəsində hələ də xatırlanırdı. Coni Ayvın yeni yaradıcılıq işinin tam başlaması 2020-ci ildə gözlənilir.

"Apple" şirkətinin direktoru Tim Kuk "Financial Times"a açıqlamasında ümumiyyətlə "Apple" korporasiyanın ən məşhur məhsullarını yaradan köhnə komanda ilə işləməyə davam etdiyini söyləyib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.