Napoleonun çəkmələri 117 min avroya satılıb

30-11-2019, 06:42           
Napoleonun çəkmələri 117 min avroya satılıb
Paris auksionunda Napoleon Bonapartın məşhur çəkmələri 117 min avroya satılıb.

“Report” xəbər verir ki, bu barədə “Drouot” auksion evinin “Twitter” səhifəsində bildirilib.

Qara rəngli çəkmələr 40 ölçülüdür.

Təbii dəridən hazırlanan çəkmələrin hündürlüyü isə 48 sm-dir.

Bundan əlavə, çəkmələrdə Napoleonun tez-tez ayaqqabı aldığı parisli çəkməçi Jakın möhürü var.

Alıcının adı açıqlanmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.