Hakerlər qrupu bütün dünyada kameraları sındıraraq gizli görüntülər əldə etdilər - FOTO

11-03-2021, 00:05           
Hakerlər qrupu bütün dünyada kameraları sındıraraq gizli görüntülər əldə etdilər - FOTO
Hakerlər qrupu bütün dünyada “Verkada” şirkətinə məxsus 150 000 kameranın sındırıldığını elan edib. Bu barədə “Bloomberg” kibercinayətkar qrupun üzvünə istinadla xəbər verib.

Nəşrin yazdığına görə, kibercinayətkarlar xəstəxanalarda, polis bölmələrində, həbsxanalarda, məktəblərdə və digər müəssisələrdə kameralara giriş əldə ediblər. Bunların arasında Şanxayda “Tesla” anbarı və “Verkada”nın öz ofisi də var.

Bildirilir ki, hadisəyə görə məsulliyyəti öz üzərinə götürən beynəlxalq hakerlər qrupunun məqsədi video nəzarətin hər yerdə olduğunu və kameralara girməyin asanlığını nümayiş etmək idi.

Mənbədən bildirilib ki, kiber cinayətkarlar nəinki uzaqdan idarə oluna bilən 150 000 kameraya, həm də şirkətin bütün arxivlərinə giriş əldə ediblər.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.