Məşhur aparıcı ilə Pentaqon rəsmisi arasında ordudakı hamilə qadınlarla bağlı mübahisə düşüb

12-03-2021, 08:52           
Məşhur aparıcı ilə Pentaqon rəsmisi arasında ordudakı hamilə qadınlarla bağlı mübahisə düşüb
ABŞ ordusu sıralarında hamilə qadınların xidmət keçməsindən qəzəblənən məşhur televiziya aparıcısı Tuker Karlson Pentaqon rəsmisi ilə mübahisə edib.

Karlson “Fox News” telekanalının efirində Pentaqonda hamilə qadınlar üçün xüsusi bir formanın tətbiq olunduğunu söyləyib: “Hamilə qadınlar müharibələrimizdə döyüşəcəklər, bu ABŞ ordusunu ələ salmaqdır”.

Aparıcı əlavə edib ki, Çin ordusu “daha çox kişiyə”, ABŞ ordusu isə "daha çox qadına” çevrilir.

Pentaqon sözçüsü Con Kirbi aparıcının bu cür şərhi ilə bütün ABŞ ordusunu alçaltdığını söyləyib: “Biz tok-şou aparıcısını və ya Çin hərbi məsləhətini dinləməyəcəyik”.

ABŞ Kosmik Qüvvələrinin nümayəndəsi Skott Stoker də “Twitter” hesabında aparıcının açıqlamalarını "televiziya dramı" adlandırıb.

"Hamıya xatırlatmaq istəyirəm ki, haqqı olduğu fikri əsgərlikdə keçirdiyi tamamilə sıfır günə söykənir" dedi Stoker.

Qeyd edək ki, ABŞ ordusunun 16 faizini, zabit korpusunun isə 19 faizini qadınlar təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru