Martın 15-dən sərt karantin tətbiq edilir?

12-03-2021, 09:27           
Martın 15-dən sərt karantin tətbiq edilir?
Xəbər verdiyimiz kimi, Azərbaycanda 10 mart tarixində koronavirusa 515 yeni yoluxma faktı qeydə alınıb. Sosial şəbəkələrdə insanlar koronavirusa görə ayın 15-dən yenidən qapadılmanın olacağını deyirlər. Bununla yanaşı mütəxəssislər də bu ayda yenidən sərt karantinin olacağını bildirirlər. Müzakirə mövzusu isə qapadılmanın tarixi ilə bağlıdır.

Bununla bağlı sonxeber.az-a AHİB- nin üzvü, dosent Ədalət Rüstəm açıqlama verib.

Həkim qapadılmanın zəruriliyindən danışıb: “Hesab edirəm ki, çox böyük ehtimal bayram günləri ərəfəsində iki həftəlik sərt karantin rejimi tətbiq edilə bilər. Təxminən ayın 17-dən ayın axırınadək qapadılmaya gedilə bilər. Vaxtın uzadılacağından danışdıqda isə deyə bilərəm ki, bu proses uzadıla da bilər”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru