İrəvandan muzdlu döyüşçülərlə bağlı ETİRAF: - 248 PKK üzvünün cəsədi morqlarda saxlanılır

12-03-2021, 11:33           
İrəvandan muzdlu döyüşçülərlə bağlı ETİRAF: -
Qarabağ müharibəsində işğalçı ermənilərə dəstək olan PKK terrorçularının meyitləri ortaya çıxıb.

Sfera.az xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyi 248 cəsədin İrəvandakı morqlarda olduğunu təsdiqləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov türk mediasına açıqlamasında deyib ki, müharibə dövründə bir çox erməni tərəfdarı Azərbaycanı muzdlu döyüşçülərin Qarabağa gətirilməsi ilə ittiham edib.

"Halbuki erməni dəstələri arasında fərqli ölkələrdən gələn muzdlular döyüşürdü. İndi İrəvanda baş verənlər qara təbliğatın çökdüyünün sübutudur. Azərbaycan müharibədən 20 gün sonra şəhid və qazilərin siyahısını dəqiqləşdirdi. Kimliyi bəlli olmayan bir nəşimiz də yoxdur” -, deyə o qeyd edib.

B.Həsənov Ermənistanın 4 ay keçməsinə baxmayaraq cəsədləri morqlarda saxladıqlarını bildirib:

"Çünki bu cəsədlər nə Ermənistanda, nə də Qarabağda yaşayan ermənilərə aiddir. Kanada, Suriya, İran, ABŞ, Fransa və Livan kimi ölkələrdən yüzlərlə muzdlu qatillər Qarabağa gətirilib və xeyli hissəsi cəbhədə öldürülüb. Bu muzdluların əksəriyyəti Suriya, İraq və İrandan gələn PKK terrorçulardır. Ermənilər bunu uzun müddətdir, gizli saxlasalar da , hökumətdəki müxalifət aşkara çıxardı. Nəticədə nazirlik etiraf etməli oldu”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.