Əsassız pensiya ödənişlərinin həcmi AÇIQLANDI

12-03-2021, 14:34           
Əsassız pensiya ödənişlərinin həcmi AÇIQLANDI
“Son iki il ərzində əsassız pensiya ödənişləri təxminən 280 milyon manat həcmində qiymətləndirilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov bildirib.

O bildirib ki, bu, şəffaflaşma nəticəsində əldə olunub:

“DSMF tərəfindən heç bir şəxsin pensiyası əsassız olaraq dayandırılmır. 2018-ci ildən etibarən pensiyaların vahid arxivdə cəmləşməsi, yoxlanılması ilə bağlı çox ciddi işlər aparılır. Pensiyaların yoxlanılması zamanı şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi məlum olur.

Eyni zamanda, vətəndaşın pensiyasının təyin olunduğu dövrdəki və hazırkı qanunvericiliyə uyğun olmadığı müəyyən olunur”.

O əlavə edib ki, indiyə qədər dayandırılmış pensiya işlərindən əsaslı şəkildə şikayət daxil olmayıb:

“Vətəndaşların müraciəti olub və birlikdə pensiya işlərinə baxılıb, hansı səbəbdən dayandırılması izah olunub”. //oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru