Eynulla Fətullayev gəlirləri barədə sensasion məlumat YAYDI

12-03-2021, 19:46           
Eynulla Fətullayev gəlirləri barədə sensasion məlumat YAYDI
"Haqqin.az saytının redaksiyası Azərbaycanda gəlirlərin şəffaflığının artırılmasının tərəfdarı kimi çıxış edir və hökumətin indiki islahatçı kursuna səmimi dəstək verir. Kütləvi informasiya vasitələrinin dotasiyasız yaşaya bilməyəcəyinə dair Azərbaycanda uzun illərdir formalaşmış stereotiplərə baxmayaraq redaksiya hesab edir ki, ölkədə mövcud olan indiki azad biznes-mühitində və inkişaf edən bazar münasibətlərində, habelə kiçik və orta sahibkarlığın inkişafı nəticəsində formalaşan reklam bazarında KİV-lər öz biznes-fəaliyyətlərini inkişaf etdirmək üçün bütün imkanlara malikdir".

Sfera.az xəbər verir ki, bunu Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev saytının gəlirləri haqda sosial şəbəkə hesabında qeyd edib.

Onun sözlərinə görə, Haqqin.az da öz fəaliyyətini iqtisadiyyatın qanunları üzərində quraraq tərəfdaşlarına reklam və PR xidmətləri göstərməklə qazanc əldə edir.

"İqtisadiyyatın qanunlarına əsasən reklam bazarı o zaman inkişaf edir ki, sahibkarlıq inkişaf edir və biznes mühiti yaxşılaşır, eyni zamanda azad rəqabət mühiti formalaşır və belə mühitdə biznes subyektləri-şirkətlər, sahibkarlar öz məhsullarını, xidmətlərini tanıtmaq, biznes-ideyalarını təbliğ etmək və PR xidmətləri sifariş vermək ehtiyacı hiss edirlər. Məhz bu iqtisadi mühit KİV-lərin də öz keyfiyyətli reklam xidmətlərini təqdim etməklə uğurlu biznes-fəaliyyəti qurmasına imkan verir. Əlbətdə, bunun üçün tiraj və KİV-in hədəfləndiyi auditoriya əsas amillərdən biridir.

Haqqin.az da öz fəaliyyətini iqtisadiyyatın qanunları üzərində quraraq tərəfdaşlarına reklam və PR xidmətləri göstərməklə qazanc əldə edir. Bununla bağlı redaksiya 2020-ci il üçün gəlirlərini açıqlamaq qərarına gəlib. Beləliklə, haqqin.az saytının reklam və PR xidmətlərindən gəlirləri 800 min manata yaxın olub. Bu xidmətlərdən əldə edilən təmiz gəlir isə 400 min manat təşkil edib. İl ərzində haqqin.az 165 min manat (ƏDV də daxil olmaqla) vergi ödəyib.

Jurnalist bildirib ki, bu rəqəmlər Azərbaycanda reklam bazarının mövcud olmadığı haqda vaxtaşırı olaraq eşidilən giley-güzarın yanlış olduğunu nümayiş etdirir.

"Əlbətdə, bizim gəlirlərimiz daha yüksək ola bilərdi, amma başlıca məqsədimiz oxucularımıza informasiyaları, şərhləri, analitikanı, müxbir yazılarını çatdırmaqdır...Yaradıcılıq fəaliyyətimizdə daha çox yer tutur və daha çox zaman alır.

Biz əsas hakim-oxucularımız qarşısında hesabat verdik! Hamımıza bu ilin də uğurlu olmasını arzu edirik"!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.