Qarabağda silahlı qüvvələrimiz var və olacaq - Balasanyan

13-03-2021, 07:06           
Qarabağda silahlı qüvvələrimiz var və olacaq - Balasanyan
Qarabağ (keçmiş və qondarma “dqr” nəzərdə tutulur – red.) öz “silahlı qüvvələrini” saxlayır.

Axar.az xəbər verir ki, bunu keçmiş və qondarma “dqr”in “təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyan deyib.

“Heç kim düşünməsin ki, Qarabağda “silahlı qüvvələr” olmayacaq. Qarabağda daha mobil, daha döyüş qabiliyyətli silahlı qüvvələr var, olub və olacaq”, - Balasanyan bildirib.

Separatçı onu da bildirib ki, Qarabağ öz imkanları daxilində mövcud problemlərin güc yolu ilə həll olunmasına imkan verməyəcək.

Balasanyan daha da irəli gedərək, Qarabağın erməni subyekti qismində qalacağı haqda ermənilərə növbəti əfsanə uydurub.

Qeyd edək ki, erməni separatçı tör-töküntüləri və terrorçu-ideoloqları məhz bu cür şovinizmlə xalqının beynini zəhərləyib və erməniləri bütün qonşularının torpağına göz dikən münaqişə mənbəyinə çevirib. Nəticədə Qafqazlarda artıq ermənilərin yaşaması üçün psixoloji imkan belə qalmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru