Qətərdən LGBT-nin rəngli bayrağına “yaşıl işıq”

14-10-2022, 11:38           
Qətərdən LGBT-nin rəngli bayrağına “yaşıl işıq”
LGBT azarkeşləri Qətərdə keçiriləcək Dünya Çempionatında əl-ələ tuta və göy qurşağı rəngində bayraqlarını nümayiş etdirə biləcəklər.

Bu barədə turnirin təşkilat komitəsinin baş direktoru Nasser Əl-Xatər məlumat verib.

Dünya Çempionatı noyabrın 20-də başlayır və dekabrın 18-dək davam edəcək.

“Bizim insanlardan xahişimiz odur ki, mədəniyyətə hörmət etsinlər. Sonda başqalarına zərər vuracaq bir iş görməyən, ictimai əmlakı məhv etməyən, zərər vermədən davranan hər kəsi salamlayırıq. Bu insanların narahat olacağı heç bir şey yoxdur”, - deyə Əl-Xatər bildirib.

Mənbə: Sky News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru