Britaniya kəşfiyyatı: Rus hərbçiləri irəlilədi

14-10-2022, 11:44           
Britaniya kəşfiyyatı:
Rus hərbçiləri son üç gündə Baxmut istiqamətində taktiki hücuma keçib və görünür, Baxmutun cənubundakı Opıtnoye və İvanqrad istiqamətində irəliləyib.

Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının Tvitter səhifəsində məlumat yayıb.

“Döyüşlərdə “lxr” və “Vaqner” silahlılarının ikinci ordu korpusunun bir hissəsi iştirak edir. Rusiya Donbasda hücum əməliyyatlarını davam etdirir və çox ləng irəliləyir. Rusların ümumi əməliyyat planı isə Ukraynanın şimal və cənub cinahlarına təzyiqi, eləcə də sursat və canlı qüvvənin kəskin çatışmazlığı ilə pozulur”, - məlumatda deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru