Müharibə başlayandan Sevastopolda 30 min döyüşçü dəfn edilib

14-10-2022, 12:15           
Müharibə başlayandan Sevastopolda 30 min döyüşçü dəfn edilib
Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri işğal altında olan Sevastopoldakı (Krım-red.) qəbiristanlıqda 30 minə yaxın rus dəfn edilib. Ruslar şəhərdən Ukraynanın cənubundakı döyüşlər zamanı hərbi cinayətlər törətmiş əsgərlər, yaraqlılar və çağırışçılar üçün məzar yeri kimi istifadə edirlər. AzVision.az xəbər verir ki, bu barədə "Kanal 24" Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, rusların əsgərlərin cəsədlərini döyüş meydanından götürməmək təcrübəsi var. Bununla belə, hətta təxliyyə edilmiş cəsədlər də çox vaxt Rusiya Federasiyasına aparılmır. Onlar Krımda, yaxud cəbhə bölgəsindəki yaşayış məntəqələrində tələsik şəkildə basdırılırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.