"Vaqner"ə qoşulan azərbaycanlı avtoritet Ukraynada öldürüldü -

14-10-2022, 16:56           
"Vaqner"ə qoşulan azərbaycanlı avtoritet Ukraynada öldürüldü -
Azərbaycanlı kriminal avtoritet Ukraynada öldürülüb.

TEREF.AZ Lent.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı Oleq Tsaryov öz Telegram kanalında bildirib. O qeyd edib ki, “Zayka Gəncəli” ləqəbli avtoritet Zaur Əliyev 2016-cı ildə Moskva məhkəməsi tərəfindən 18 il azadlıqdan məhrum edilib. O, adam oğurluğu, quldurluq və s. cinayətlərdə ittiham edilirdi.

Məlumata görə, Zaur Əliyev həbsxanada ərizə yazaraq, “Vaqner” hərbi qruplaşmasına qoşulub Ukraynadakı müharibədə iştirak etmək istədiyini bildirib.

Qısa müddətli təlimlərdən sonra Zaur Əliyev cəbhəyə göndərilir. İki gün sonra isə o, Ukraynadan Avropaya qaçmaq istəyib. Amma “Vaqner” qruplaşması tərəfindən ələ keçirilib və güllələnərək öldürülüb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru