Zelenski Baydenə “gözəl hədiyyə” üçün təşəkkür etdi

16-10-2022, 00:01           
Zelenski Baydenə “gözəl hədiyyə” üçün təşəkkür etdi
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın növbəti hərbi yardım paketinə reaksiya verib.

Zelenski “Twitter” hesabında bununla bağlı paylaşım edib.

“Ukrayna üçün daha 725 milyon dollarlıq təhlükəsizlik yardımı paketinə görə Co Baydenə və Amerika xalqına səmimi qəlbdən minnətdaram. Biz əsasən HIMARS və artilleriya üçün zəruri olan sursatları alacağıq. Ukrayna Müdafiəçiləri Günü üçün əla hədiyyədir”, - deyə Zelenski qeyd edib.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru