Səfərbərliyə çağırılanların anaları və arvadları Putinə müraciət ediblər.
KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Onlar bildiriblər ki, Belqorod vilayətinin Valuyski rayonunun Soloti kəndidəki komandirlər əsgərləri ələ salıblar.
Müraciət edənlərin sözlərinə görə, oğulları və ərlərini komandanlıq “qurbanlıq” hesab edir.
Dünən çağırışçıların güllələndiyi poliqonda komandirlər səfərbər olanları cəbhəyə getməkdən imtina etdiklərinə görə cinayət məsuliyyəti ilə hədələyiblər. Çağırışçılardan bütün formaları götürüb Limanın ətrafına “qurban” kimi atmaq istəyiblər.
“Bu qədər çarəsizlik və qəddar münasibətlə dünənki faciənin poliqonda baş verməsi təəccüblü deyil. Səfərbərliyə bu cür templə və belə münasibətlə, tezliklə komandirləri güllələməyə başlayacaqlar! Xahiş edirik, kömək edin, generallar, hərəkətə keçin! Ordumuzu məhv etməyi dayandırın”, – deyə qadınlar müraciət ediblər.
Xatırladaq ki, dünən səfərbərliyə çağırılan şəxslərlə atəş hazırlığı təlimlərinin keçirilməsi zamanı Soloti poliqonunda atışma baş verib. Nəticədə 22 nəfər ölüb, 16 nəfər yaralanıb.