Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub - 108 ukraynalı qadın təhvil verilib

18-10-2022, 00:09           
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi olub -
Rusiya ilə Ukrayna arasında növbəti əsir mübadiləsi həyata keçirilib.

APA-nın Moskva müxbirinin Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, 110 nəfər Rusiyaya, 108 nəfər Ukraynaya qaytarılıb.

“Danışıqlar prosesi nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən 72 nəfər mülki dənizçi olmaqla 110 Rusiya vətəndaşı geri qaytarılıb.

108 ukraynalı qadın hərbçi Ukrayna tərəfinə təhvil verilib. Mübadilədən əvvəl iki ukraynalı qadın Ukraynaya qayıtmaqdan imtina edərək könüllü olaraq Rusiya Federasiyasında qalmaq istəyiblər”, - deyə məlumatda qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru