Mərkəzi Bankdan xəbərdarlıq - Bu şəxslərdən zəng gəlsə...

19-10-2022, 11:59           
Mərkəzi Bankdan xəbərdarlıq -
Son zamanlar müxtəlif bankların plastik kart sahiblərinə Mərkəzi Bankın "qaynar xətti"nin əməkdaşları adından telefon zəngləri edilərək, onların kartlarına müdaxilə risklərinin qarşısının alınması bəhanəsi ilə kart məlumatlarının istənilməsi hallarına rast gəlinib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib. Bildirilib ki, Mərkəzi Bankın əməkdaşları tərəfindən heç bir halda sözügedən üsullarla bank xidmətləri istehlakçılarından fərdi, eləcə də bank və ödəniş kartları haqqında məlumatlar sorğu edilmir: "Bank hesablarına və bank kartlarına sahib olan şəxslər bu kimi dələduzluq hallarına qarşı sayıq və ehtiyatlı olmalı, fərdi və ödəniş kartlarına dair məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməlidirlər".

Vətəndaşlardan bu kimi hallarla rastlaşdıqları təqdirdə dərhal öz banklarına müraciət etmələrini, habelə aidiyyəti dövlət qurumlarına məlumat vermələrini xahiş edirik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru